Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
"Azərbaycan Milli Mətbuat işçilərinin peşə bayramı günü"

"Azərbaycan Milli Mətbuat işçilərinin peşə bayramı günü"
"Azərbaycan Milli Mətbuat işçilərinin peşə bayramı günü" münasibətilə Mil Muğan Regional Təhsil idarasində mətbuat işçiləri ilə görüş keçirilmişdir. Görüşdə ETİHİ Saatlı rayon Komitəsinin sədri Qabil Nağıyev, Mil Muğan Regional Təhsil idarəsinin müdiri Bəhruz Nəbili və tədbirə dəvət olunmuş matbuat işçiləri iştirak etmişlər.
Bəhruz Nəbili qeyd etmişdir ki, Azərbaycan dilinin inkişafında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş mətbuat isçiləri daim dövlət qayğısı ilə əhatə olunmuşlar. Bu mənada hər il iyul ayının 22-nin ölkəmizdə Azərbaycan Milli Mətbuat İşçilərinin peşə bayramı kimi ölkə
mətbuatnın yaranmasının növbəti ildönümünün qeyd edilməsi və onların sosial müdafiəsinin ilbəil gücləndirilməsi, mətbuat işçilərinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Tədbirin sonunda həqiqətə xidməti, dəqiqliyi, obyektivliyi və peşəkarlığı özlərinə ali məqsəd sayan, elm və təhsil sahasində qazandığımız uğurlu nailiyyatlərin çatdırılmasında xidmətləri olan, bir qrup milli mətbuat işçilərinə təşəkkürnamələr, müxtəlif hədiyyələr və başqa mükafatlar təqdim olunmuşdur.
Mil Muğan Regional Təhsil İdarəsi, ETİHİ Saatlı rayon Komitəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş, qəhraman şəhidimiz Xalid Nəciyevin əziz xatirasinə həsr olunmuş minifutbol idman yarışının final oyunu keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, şəhid valideynləri, rayon ictimaiyytinin nümayəndələri iştirak etmiş, Dövlət Himni səsləndirilmiş, qəhraman şəhidlərin əziz xatirasi bir dəqiqəlik sükutla yad edilmiş, Xalid Nəciyevin həyat və fəaliyyati barədə Saatlı rayon ica Hakimiyyati başçısının müavini Mehriban Ağayeva, şəhid Xalid Nəciyevin atası Qabil Nəciyev, Mil Muğan Regional Təhsil idarasinin müdiri Bəhruz Nəbili, ETİHİ Saatlı rayon Kormitəsinin
sədri Qabil Nağıyev, Saatlı Təhsil Sektorunun müdiri Günay xanım Sultanova və başqalari çıxış etmişdir.
Sonda rayonun Olimpiya idman Kompleksində şəhidimizin əziz xatirasinə həsr olunan məktəblər arasında minifutbol idman yarışının final oyunu keçirilmiş, qalib komandalar Mil Muğan Regional Təhsil idarəsi və ETİHİ Saatlı rayon Komitəsinin birgə təşkil etdiyi kubok, medal, diplom və başqa mükafatlarla təltif olunmuşlar.
30 iyun 2026-cı il tarixdə Saatlı Peşə Liseyində "Məzun günü" tədbiri keçirilmişdir.

30 iyun 2026-cı il tarixdə Saatlı Peşə Liseyində "Məzun günü" tədbiri keçirilmişdir.
30 iyun 2026-cı il tarixdə Saatlı Peşə Liseyində "Məzun günü" tədbiri keçirilmişdir. Bu zənglə məzunlar tənəffüsə yox, həyatın yeni bir mərhələsinə qədəm qoymuşlar.
Tərbirdə Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Saatlı rayon komitəsinin sədri Qabil Nağıyev çıxış edərək, kollektiv üzvlərinə səmimi salamlarını çatdırmış, məzunları Peşə Liseyini bitirmələri münasibətilə təbrik etmiş, təhsildə və gələcək əmək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulamışdır.
19 iyun 2026-cı il tarixdə Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı Saatlı rayon Komitəsi və rayonun Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə sözügedən məktəbin texniki işçisi Zaidova Tümən Zahid qızının 65 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir.

19 iyun 2026-cı il tarixdə Elm və Təhsil işçiləri Həmkarlar ittifaqı Saatlı rayon Komitəsi və rayonun Novruzlu kənd ümumi orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə sözügedən məktəbin texniki işçisi Zaidova Tümən Zahid qızının 65 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edənlər Tümən xanımın uzun illər ərzində məktəbin inzibati idarə işləri sahəsindəki fəaliyyətindən, kollektivdə qazandığı hörmət və başqa müsbət keyfiyyətlərindən danışdılar. Yubiley münasibətilə, peşəsini sevən bir işçi kimi Tümən xanıma səmimi təbriklərimizi çatdırır, ona uzun ömür və can sağlıği arzu edirik.
01 iyun 2026-cı il tarixdə Elm və Tahsil İşçiləri Həmkarlar İttifaqı Saatlı rayon Komitəsi və rayonun Məzrəli kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə sözügedən məktəbin müəllimi Teymurova Rahilə Lətif qızının 65 illik yubileyi münasibəti ilə görüş keçirilmişdir.

Tədbirdə çıxış edənlər Rahilə xanımın uzun illər ərzində tahsil sahəsində göstərdiyi səmərəli fəaliyyətindən, kollektivdə qazandığı hörmət və başqa müsbət keyfiyyətlərindən danışdılar.
Yubiley münasibətilə, peşəsini sevən bir işçi kimi Rahilə xanıma səmimi təbriklərimizi çatdırır, ona uzun ömür və can sağlığı arzu edirik.
"31 mart - soyqırım günü"

"31 mart - soyqırım günü"
Saatlı rayon Şəhidlər xiyabanında "31 mart - soyqırım günü" ilə əlaqədar rayonun təhsil işçilərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları Şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edərək, onların məzarları üstünə gül-çiçək dəstələri düzmüşlər.
"İçərişəhər" turu təşkil olunmuşdur.

"İçərişəhər" turu təşkil olunmuşdur.
Elm və Təhsil işçiləri Saatlı rayon Komitəsiniin təşkilatçılığı ilə rayonun təhsil işçiləri üçün paytaxtın qədim tarixini tanımaq məqsədilə "İçərişəhər" turu təşkil olunmuşdur. Tur iştirakçıları Qoşa Qala qapısı, İçəri şəhər tarixi abidələri barədə geniş məlumat əldə ediblər.
Quba rayonu "Nazlı Bulaq" istirahət mərkəzinə gəzinti təşkil olunmuşdur.

Quba rayonu "Nazlı Bulaq" istirahət mərkəzinə gəzinti təşkil olunmuşdur.
14-15 mart 2026-cı il tarixində Elm və Təhsil işçiləri Republika Komitəsinin təşkilatçılığı ilə Saatlı rayonunun bir qrup təhsil işçiləri üçün Quba rayonu "Nazlı Bulaq" istirahət mərkəzinə gəzinti təşkil olunmuşdur. Gəzintidə iştirak edən təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasıyasının sədri cənab Sahib Məmmədova Elm və Təhsil işçiləri Həmkərlar ittifaqın Respublika komitəsinin sədri cənab Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildirdilər.
8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirildi.

8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirildi.
06 mart 2026-cı il tarixində 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə Mil-Muqan Təhsil idarasi və ETİHİ Saatlı rayon Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən ETİHİ Saatlı rayon Komitəsinin sədri Qabil Nağıyev Təhsil sahəsində çalışan qadın müəllimlərinin xidmətlərinin yüksək qiymətləndirdi, onlara gül və xatirə hədiyyələri təqdim etdi.
Saatlı Peşə Liseyində liseyin tələbəsi olmuş Şəhid Novruzov Fariz Əlabbas oğlunun ildönümü keçirilmişdir

Saatlı Peşə Liseyində liseyin tələbəsi olmuş Şəhid Novruzov Fariz Əlabbas oğlunun ildönümü keçirilmişdir
Saatlı Peşə Liseyində liseyin tələbəsi olmuş Şəhid Novruzov Fariz Əlabbas oğlunun ildönümü keçirilmişdir. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun.